Fransada futbol meydanında xoşagəlməz hal yaşanıb. Matc.az xəbər verir ki, Regional Liqada “Ormesson” və “Şampini”nin əvəzedici komandaları arasında keçirilən oyunda futbolçu hakimə hücum edib.

80-ci dəqiqəsə iki sarı vərəqə alaraq meydandan qovulan “Şampini”nin üzvü matçdan sonra hakimi və köməkçisini vurub. Buna görə o, 30 il müddətinə futboldan uzaqlaşdırılıb.

Qeyd edək ki, iki il əvvəl Fransada “Sebaza” həvəskarlar komandasının qapıçısı hakimlə dava etdiyi üçün 15 illik diskvalifikasiya edilmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest