"Roma"nın yarımmüdafiəçisi Cengiz ünder karyerasını İngiltərədə davam etdirə bilər. Matç.az saytının xarici mətbuata istinadən məlumatına görə, gənc oyunçu "Arsenal"ın maraq dairəsindədi.

 

London təmsilçisi Türkiyə millisinin üzvü üçün italyanlarla danışıqlara start verib. "Canavarlar" əla mövsüm keçirən 21 yaşlı oyunçunu sərfəli qiymətə satmağın əleyhinə deyil.

 

Qeyd edək ki, "Bavariya" da Cengiz ünderi transfer etmək niyyətindədi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest