İngiltərə Futbol Federasiyası milli komandalarının Rusiya yığmaları ilə oyunlarda iştirak etməyəcəyini açıqlayıb. Matc.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.
 
Əvvəllər UEFA İcraiyyə Komitəsi 17 yaşadək futbolçuların çıxış etdiyi Rusiya milli komandalarına qarşı yarışlarda iştirak etməyə icazə verirdi. Rusiya komandalarının bütün oyunları Rusiya ərazisində deyil, ölkənin bayrağı, himni, milli oyun forması olmadan keçirilməlidir. Federasiya bununla bağlı bəyanat yayıb:
 
"Biz Rusiyanın UEFA yarışlarına qayıtmasının tərəfdarı deyilik və mövqeyimiz dəyişməz olaraq qalır. İngiltərə komandaları Rusiyaya qarşı oynamayacaq".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest