"Liverpul"un yarımmüdafiəçisi Tiaqo Alkantara klubu tərk edə bilər. Matc.az xəbər verir ki, mersisaydlılar 32 yaşlı oyunçunun çıxışından razı deyil.
 
Bu üzdən Premyer Liqa təmsilçisi onunla vidalaşmağı planlaşdırır. Hətta sərfəli təklif gələcəyi təqdirdə, rəhbərlik yanvarda onu satmağa razılıq verəcək. Onun Türkiyə klublarının diqqət mərkəzində olduğu bildirilir.
 
Qeyd edək ki, Tiaqo Alkantaranın "Liverpul"la hazırkı müqaviləsi mövsümün sonunda başa çatır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest