"Sumqayıt" heyətinə yeni futbolçu cəlb edib. Klubdan matc.az saytına verilən xəbərə görə, "gənclik şəhəri" təmsilçisi qapı xəttini gücləndirib. 
 
Belə ki, komanda son mövsümü "Kəpəz"də keçirmiş qapıçı Orxan Sadıqlı ilə 2 illik anlaşma əldə edib. 
 
Qeyd edək ki, Orxan Sadıqlı 2018/19 mövsümündə də "Sumqayıt"ın şərəfini qoruyub. 30 yaşlı qapıçı karyerası ərzində "Xəzər Lənkəran", "İnter" və "Zirə"nin də uğurları üçün də çalışıb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest