Sabah keçiriləcək Azərbaycan Kubokunun finalı "Neftçi"nin tarixində 11-ci final olacaq. Matc.az xəbər verir ki, "ağ-qaralar" indiyə qədər ölkə kubokunda 10 final həyəcanı yaşayıb.
 
Bu  da 1992-ci ildən təşkil edilən turnirdə rekord göstəricidi. Bundan əvvəlki 10 finalın 6-da qələbə qazanan "Neftçi" 4 dəfə həlledici qarşılaşmanı məğlub tərk edib. Bakılılar sabahkı matça çıxmaqla "Qarabağ"la bölüşdüyü rekordu yeniləyəcək. Ağdamlılar da 10 dəfə finalda çıxış ediblər.
 
Finalın digər iştirakçısı "Qəbələ" isə 5-ci dəfə bu həyəcanı yaşayacaq. "Qırmızı-qaralar" öncəki 4 finalın yalnız birində kuboku qazanmağa müvəffəq olub. Bölgə klubu 5-ci finalda oynamaqla "Xəzər Lənkəran"a çatacaq.
 
ümumiyyətlə, sabahkı finalı da nəzərə alsaq, indiyə qədər 18 komanda finalda çıxış edib.
 
"Neftçi" 11-ci finalla "Qarabağ"ı geridə qoyacaqsa, "İnter" (indiki "Şamaxı") 6, "Xəzər Lənkəran", "Qəbələ" 5, "Kəpəz" 4, "Bakı" 3, "Kür Nur", "Şəmkir", "Sumqayıt" 2, "İnşaatçı", "Şəfa", Xəzri", "MKT-Araz", "Karvan", "Xəzər" (Lənkəran), "İnşaatçı" (Sabirabad) və "Zirə" 1 dəfə həlledici görüşə çıxıb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest