Fernando Musleraya əvəzedici axtaran "cim-bom" "Ərzurumspor"un qolkiperini heyətə cəlb etmək niyyətindədi.

"Qarabağ"ın sabiq qapıçısı İbrahim Şehiç klubunu dəyişə bilər. Matç.az-ın yerli mətbuata istinadən məlumatına görə, Bosniya və Herseqovina millisinin üzvü "Qalatasaray"ın maraq dairəsindədi.

 

Fernando Musleraya əvəzedici axtaran "cim-bom" "Ərzurumspor"un qolkiperini heyətə cəlb etmək niyyətindədi. Ərzurum klubunda maaşını ala bilməyən 30 yaşlı qapıçı özü də qış fasiləsində ayrılmaq niyyətindədi. Məhz bu amil "sarı-qırmızılılar"ı daha da həvəsləndirir.

 

Qeyd edək ki, 2013-cü ildən "Qarabağ"ın formasını geyinən İbrahim Şehiç "Ərzurumspor"a bu ilin yayında keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest