"Roma" Avropa Liqasının yarımfinal mərhələsinin cavab qarşılaşmasında "Bayer"lə (Leverkuzen) qarşılaşıb. Görüş 0:0 hesabı ilə sona çatıb. Matc.az xəbər verir ki, bu oyun "Roma"nın çalışdırıcısı Joze Mourinyo üçün əlamətdar olub.
 
O, baş məşqçi kimi altıncı dəfə avrokubokların finalına adını yazdırıb. Portuqaliyalı bundan öncə keçirdiyi beş final matçının hamısında qələbə qazanıb.
 
Həmin matçlar aşağıdakılardır:
 
"Portu" – "Seltik" (3:2, 2002/03 mövsümü)
 
"Portu" – "Monako" (3:0, 2003/04 mövsümü)
 
"İnter" – "Bayern" (2:0, 2009/10 mövsümü)
 
"Mançester Yunayted" – "Ayaks" (2:0, 2016/17 mövsümü)
 
"Roma" – "Feyenoord" (1:0, 2021/22 mövsümü)
 
İtaliya klubu iki oyunun nəticəsinə əsasən Bundesliqa təmsilçisini məğlub edib. Onlar həlledici matçda "Sevilya" ilə üz-üzə gələcək.
 
Avropa Liqasının final oyunu mayın 31-də, Macarıstanın paytaxtı Budapeştdəki "Puşkaş Arena"da keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest