Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovun Almaniya klubu "Aue"dəki çıxışı məşqçilər korpusu və rəhbərliyi sevindirib. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, komandanın Bundesliqa III-də son vaxtlardakı yüksəlişi məhz 33 yaşlı yarımmüdafiəçi ilə əlaqələndirilib.
 
Komandasının qollarının əksəriyyətində yaxından iştirak edən vitse-kapitanına məhz bu performansına görə, yeni müqavilə təklif olunub. "Aue"nin baş məşqçisi Pavel Doçev də yığmamızın üzvünə tərif yağdırıb.
 
Bolqarıstanlı mütəxəssis Nazarovun komandasının lideri olduğunu bildirib: "Nazarov bizim üçün əsas oyunçuya, liderə çevrilib. Mən ona sadəcə, özünəinam aşıladım. Əvvəllər potensialının yüz faizini göstərə bilmirdi. Onun nələr etməli olduğunu bilirəm. Dima bizim üçün vacib simadı".
 
Qeyd edək ki, Dmitri Nazarov bu mövsüm Bundesliqa III-də 8 qol, 3 assistlə yadda qalıb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest