Bakıda təşkil edilən idman gimnastikası üzrə dünya kubokunda Azərbaycan təmsilçisi Nikita Simonov çempion olub. Matc.az xəbər verir ki, 27 yaşlı idmançı halqalarla ən yaxşı nəticəyə imza atıb.
 
Təsnifatda hamını qabaqlayan Simonov finalda da parlaq göstərici ilə diqqət çəkib. O, 14.633 xal toplayaraq Dünya Kubokunun qalibi olub.
 
İranlı Mahdi Ahmad Kohani 14.500 xalla ikinci, avstriyalı Vinzenz Hek isə 14.433 xalla üçüncü yeri tutub.
 
İdman gimnastikası üzrə dünya kubokuna martın 12-də yekun vurulacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest