"Real"ın sabiq baş məşqçisi Zinəddin Zidanın yeni komandası müəyyənləşmək üzrədi. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, fransalı mütəxəssis seçimini edib.

Belə ki, onunla "Real" və "Yuventus" maraqlanıb. Zizu "kral klubu"nun prezidenti Florentino Peresin qayıtması üçün çağırışına "yox" cavabı verib. Ancaq turinlilərlə danışıqlar davam edir. "Qoca sinyora" rəhbərliyi ən geci mövsümün sonunda onu komandanın "sükanı arxası"na gətirməkdə israrlıdı. İtalyanlar keçmiş oyunçularına 3 illik müqavilə təklif ediblər.

Qeyd edək ki, Zinəddin Zidan futbolçu karyerası ərzində 1996-2001-ci illərdə "Yuventus"un formasını geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest