Bu gün Misli Premyer Liqasında XXV tura yekun vurulub. Matc.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.

Əvvəlcə lider "Qarabağ" səfərdə "Qəbələ" ilə üz-üzə gəlib. Dörd qolun qeydə alındığı bu matç Ağdam təmsilçisinin inamlı qələbəsiylə yekunlaşıb.

Turun qapanış matçında isə "Neftçi" "Turan Tovuz"u qəbul edib. "Ağ-qaralar" bu matçda 4 cavabsız qola seviniblər.

Daha öncə qeydə alınnan nəticələri təqdim edirik: "Zirə" – "Şamaxı" 2:2, "Səbail" – "Sumqayıt" 0:1, "Sabah" – "Kəpəz" 2:0.

Misli Premyer Liqası
XXV tur
5 mart

"Qəbələ" – "Qarabağ" 1:3
Qol: İ.Alimi, 31 - R.Şeydayev, 37-pen; 38-pen. M.Qurbanlı, 55.
Hakimlər: Kamal Umudlu, Elşad Abdullayev, Teymur Teymurov, Namiq Bəkirov
Qəbələ şəhər stadionu, 17:00.

Qəbələ: 1. Səlahət Ağayev, 2. İlkin Qırtımov, 34. ürfan Abbasov (k), 27. Məqsəd İsayev, 28. Murad Musayev, 77. Emil Səfərov, 91. Ramon Maçado, 5. İsnik Alimi, 23. Rafael Utziq, 97. Felipe Santos, 6. Feras Abu Akal.
Ehtiyat oyunçular: 13. Kristof Atanqana, 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 14. ülvi İsgəndərov, 7. Rövlan Muradov, 33. Hüseyn Mürsəlov, 9. Əyyub Allaş, 17. Yaovi Akakpo, 10. Omar Hani, 8. Andrey Strijak.
Baş məşqçi: Elmar Baxşıyev.
Qarabağ: 23. Luka Quqeşaşvili, 20. Riçard Almeyda (k), 77. Ramil Şeydayev, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 9. Musa Qurbanlı, 29. Marko Veşoviç, 10. Abdullah Zubir, 81. Kevin Medina, 6. Julio Romao, 15. Leandro Andrade.
Ehtiyat oyunçular: 89. Amin Ramazanov, 94. Ayhan Arazlı, 5. Maksim Medvedev, 19. Filip Ozobiç, 2. Qara Qarayev, 18. İsmayıl İbrahimli, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 99. Redon Cica.
Baş məşqçi: Qurban Qurbanov.

"Neftçi" – "Turan Tovuz" 4:0
Qol: S.M.Kolli, 20. E.Mahmudov, 24; 84. M.Saldanya, 72.
Hakimlər: Rəvan Həmzəzadə, Akif Əmirəli, Şirmamed Mamedov, Rövşən Rəcəbov.
"Bakcell Arena", 19:30.

Neftçi: 1. İvan Brkiç, 8. Emin Mahmudov (k), 14. Eddi İsrafilov, 3. Höccət Haqverdi, 7. Azər Əliyev, 6. Voyislav Stankoviç, 10. Sezar Meza Kolli, 4. Solomon Kvirkveliya, 5. Kenni Sayef, 22. Kilan Lebon, 9. Mateus Saldanya.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 93. Rza Cəfərov, 19. Azər Salahlı, 26. ömər Buludov, 2. Mert çelik, 21. İsmayıl Zülfüqarlı, 27. Fərid Yusifli, 37. Elton Əlibəyli, 41. Samir Həsənov, 92. ömər Qurbanov, 18. Vato Arveladze, 77. Yeqor Boqomolski.
Baş məşqçi: Laurentsiu Regekampf.
Turan Tovuz: 1. Tərlan Əhmədli, 3. Tərlan Quliyev (k), 39. Sadiq Quliyev, 7. Ehtiram Şahverdiyev, 10. Xəyal Nəcəfov, 55. Xulu Siyanda, 30. Piruzi Marakvelidze, 17. Natan Oduva, 25. Denis Marandiç, 9. Belaydi Pusi, 11. Ayxan Quseynov.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 77. Cavid Tağıyev, 33. Eltun Turabov, 8. Şakir Seyidov, 6. Turan Vəlizadə, 99. Veysəl Rzayev, 21. Abbas Ağazadə, 88. Faiq Hacıyev, 15. Vüsal Məsimov, 97. Sadiq Şəfiyev, 19. Runi Eva, 23. Okebuqvu Henri.
Baş məşqçi: Ayxan Abbasov.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest