29 Yanvar 2023, 01:00
FUTBOL
Futbol üzrə İsveçrə çempionatında 18-ci turun oyunları keçirilib. Matc.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Qrasshopper” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Luqano” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 1:1.
Renat da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 74-cü dəqiqədə əvəzlənib.
“Qrasshopper” 18 turdan sonra 21 xalla 10 iştirakçı arasında 7-ci pillədə qərarlaşıb.