"Qarabağ"ın yeni transferi Redon Cica komandanın hücum xəttindəki problemə məlhəm ola bilər. Matc.az xəbər verir ki, 25 yaşlı forvard məhsuldarlığı ilə diqqət çəkir.
 
"Tirana"dan alınan Albaniya millisinin üzvü karyerasında ilk dəfə legioner həyatı yaşayacaq. "Skenderbeu"nun yetirməsi 2017-2021-ci illərdə ölkəsində "Laçi", həmin vaxtdan bəri isə "Tirana"da çıxış edib.
 
Cica peşəkar karyerasına məhz 2017-ci ildə başlayıb və həmin vaxtdan bəri artan qrafik üzrə inkişaf edib. Xüsusən də, son iki mövsümdəki məhsuldarlığı diqqətdən qaçmır. ötən mövsüm 18 qola imza atan forvard cari mövsümün geridə qalan hissəsində 14 dəfə fərqlənib. Bu mövsüm həm çempionlar Liqasının, həm də Konfrans Liqasının təsnifat mərhələlərində aktivinə qol yazdıran Cica Albaniya çempionatında meydana çıxdığı 17 görüşdə 11 top vurub. Liqada "Teuta" və "Laçi" ilə matçlarda het-trik müəllifi də olub.
 
Qeyd edək ki, Redon Cica "Qarabağ"la 3,5 illik müqavilə imzalayacaq.
 
XƏYAL

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest