Futbol üzrə qadınlardan ibarət Zambiya yığmasının kapitanı və hücumçusu Barbra Banda anormal qan analizlərinə görə Afrika çempionatından kənarlaşdırılıb. Matc.az xarici KİV-ə istinadən xəbər verir ki, afrikalı jurnalistlərin fikrincə, Bandanın qan testləri həddindən artıq yüksək testosteron səviyyəsini (bu, əsasən kişilərə xas əlamətdir) aşkar edib.
 
"Barbra Bandanın turnirdə iştirak etməməsinə gəlincə, sizə əsl səbəbləri deyə bilmərəm. Daha yaxşısı, federasiyadan soruşun" – deyə, Zambiya millisinin baş məşqçisi Bruse Mvape bildirib.
 
Xəbərdə qeyd olunur ki, Zambiya millisinin azarkeşləri futbolçunun qovulması ilə bağlı yığma komandadan dəqiq cavabın olmamasından narazıdırlar. Onlar Zambiya Qadın Futbol Federasiyasını fəaliyyətsizlikdə ittiham edirlər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest