İslam Həmrəyliyi Oyunlarında çıxış edəcək kişi və qadın voleybolçulardan ibarət Azərbaycan yığmalarının rəqibləri bəlli olub.

İslam Həmrəyliyi Oyunlarında çıxış edəcək kişi və qadın voleybolçulardan ibarət Azərbaycan yığmalarının rəqibləri bəlli olub. Matc.az xəbər verir ki, İslamiadada çıxış edəcək kişilərdən ibarət millimiz 8 ölkənin (Azərbaycan, Sudan, Kamerun, Mərakeş, İran, Qətər, Türkiyə, Pakistan) iştirak edəcəyi yarışda A qrupunda mübarizə aparacaq.
 
Komandamız püşkün nəticəsinə əsasən Sudan, Mərakeş və Kamerun milliləri ilə bir qrupda qüvvəsini sınayacaq.
 
İslam Həmrəyliyi Oyunlarında çıxış edəcək qadınlardan ibarət millimiz isə püşkün nəticəsinə əsasən Əfqanıstan, Seneqal və Kamerun yığmaları ilə B qrupunda qüvvəsini sınayacaq.
 
Qadınların yarışında A qrupunda özbəkistan, Türkiyə, İran və İndonezia milliləri mübarizə aparacaqlar. 
 
Xatırladaq ki, 2022 İslam Həmrəylik Oyunları Türkiyənin Konya şəhərində keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest