"Qarabağ"ın UEFA çempionlar Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi "Lex" (Poznan) heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Polşa çempionu Portuqaliyanın "Belenenseş" klubundan Afonso Souzanı transfer edib.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Portuqaliyadan olan 22 yaşlı yarımmüdafiəçi bu gün texniki müayinədən keçdikdən sonra 4 illik müqaviləyə imza atacaq.
 
Afonso "Portu"nun yetirməsidir. O, 2020-ci ildən "Belenenseş"in uğurları üçün çalışırdı. Lissabon təmsilçisində 68 oyun keçirmiş futbolçu, bu görüşlərdə 5 qol vurub, 3 məhsuldar ötürmə ilə yadda qalıb.
 
"Qarabağ" "Lex"ə qarşı qarşı ilk görüşünü iyulun 5-də səfərdə, cavab matçını isə 1 həftə sonra Bakıda keçirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest