İspaniyanın “Alaves” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, La Liqa təmsilçisi argentinalı müdafiəçi Nauel Tenaqlianı heyətinə qatıb.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 25 yaşlı futbolçu Argentinanın “Talyeres” klubundan icarəyə götürülüb. O, 2023-cü ilin dekabrına qədər “Alaves”də çıxış edəcək.
 
Nauel Tenaqliya bu mövsüm Argentina çempionatında 24 oyuna çıxıb, 3 qol vurub, 3 məhsuldar ötürmə edib. Müdafiəçi daha öncə “Atlanta”da da çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest