Futbol üzrə Türkiyə kubokunda üçüncü təsnifat mərhələsinin oyunları keçirilir. Matc.az xəbər verir ki, azərbaycanlı futbolçu Namik Ələskərovun komandası "Bursaspor" da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda aşağı liqa təmsilçisi "Ceyhanspor" ilə qarşılaşıb. Futbolçumuzun komandası 6:1 hesablı qələbə sayəsində mərhələ adlayıb.
 
Namik kubok qarşılaşmasının iştirakçısı olmayıb. Onun adı görüşün iştirak ərizəsinə daxil edilməyib. Məşqçilər korpusu kubok matçında əsasən çempionatda az forma şansı qazanan futbolçuları meydana buraxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest