Tokio-2020-də üzgüçülük yarışları davam edir. Matc.az xəbər verir ki, bu gün üzgüçülükdə daha 4 dəst medal öz sahiblərini tapıb. Kişilərin batterflay üsulla 100 m məsafəyə üzmə yarışında gözlənildiyi kimi Keyleb Dressel qalib olub. Amerikalı üzgüçü məsafəni 49.45 saniyəyə üzərək özünə aid dünya rekordunu (49.50) yeniləyib. Bu, Dresselin Tokio Yay Olimpiya Oyunlarında qazandığı üçüncü qızıl medaldı.
 
Qadınların 200 m məsafəyə arxa üstə üzmə yarışında avstraliyalı Keyli Makkioun hamını qabaqlayıb. Bu, avstraliyalı idmançının Tokioda qazandığı ikinci qızıl medaldı. 800 məsafəyə sərbəst üsulla üzmədə də sürpriz qeydə alınmayıb. Favorit Keti Ledeki (ABŞ) qızıl medala sahib çıxıb. Beləliklə, amerikalı əfsanəvi üzgüçü Tokio-2020-də ikinci, ümumilikdə Olimpiadalar tarixində isə yeddinci qızıl medalı aktivinə yazdırıb.
Mikstlərin qarışıq üsulla 4x100 m yarışında zəfər Böyük Britaniyanın olub. Britaniyalılar qalib olmaqla yanaşı, dünya rekordunu da Çinin əlindən alıblar.
 
Tokio-2020
Üzgüçülük
Kişilər, 100 m batterflay
1. Keyleb Dressel (ABŞ) - 49.45 (dünya rekordu) 49.50 Kvanju
2. Kriştof Milak (Macarıstan) - 49.68 (Avropa rekordu)
3. Noe Ponti (İsveçrə) - 50.74
Qadınlar, 200 m arxa üstə
1. Keyli Makkioun (Avstraliya) - 2:04.68
2. Kayli Mass (Kanada) - 2:05.42
3. Emili Sibom (Avstraliya) - 2:06.17
Qadınlar, 800 m sərbəst
1. Keti Ledeki (ABŞ) - 8:12.57
2. Ariarne Titmus (Avstraliya) - 8:13.83
3. Simona Kvadarella (İtaliya) - 8:18.35
Mikst, 4x100 m qarışıq
1. Böyük Britaniya - 3:37.58 (dünya rekordu)
2. Çin - 3:38.86
3. Avstraliya - 3:38.95
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest