"çelsi"nin hücumçusu Alvaro Morataya daha bir klub "elçi düşüb". Matç.az saytının xarici mətbuata istinadən məlumatına görə, İspaniya təmsilçilərindən sonra "Bavariya" da onu heyətinə qatmaq fikrindədi.

Münhen klubu ingilislərdən əvvəlcə Kallum Hadson-Odoini almaq istəsələr də, "yox" cavabını alıblar. Bu səbəbdən Bundesliqa çempionu diqqətini Morataya yönəldib. 26 yaşlı forvard özü də əsas heyətə düşə bilmədiyi üçün klubunu dəyişmək arzusundadı.

Qeyd edək ki, Morata "çelsi"yə 2017-ci ildə "Real"dan keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest