Erməni şahmatçı Levon Aronyan ölkəsini tərk edəcək. Matc.az xəbər verir ki, bu barədə Aronyan "facebook" hesabında məlumat yayıb.

O, hazırkı hökumətin verdiyi vədləri yerinə yetirməməsi ilə bağlı belə bir qərar verdiyini deyib. İdmançının ABŞ bayrağı altında mübarizə aparacağı gözlənilir.
 
Aronyan daha əvvəl – 2003-cü ilin sentyabrından 2004-cü ilin mayına qədər Ermənistanı tərk edərək, Almaniya bayrağı altında çıxış etmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest