04 Dekabr 2020, 00:38
                
                
                
                                AVROPA LİQASI 
                                
                
               
              
				  
 
	"Qarabağ"ın məşqçisi Elçin Rəhmanov Avropa Liqasının qrup mərhələsi çərçivəsində İsrailin "Makkabi" (Təl-Əviv) komandasına qarşı keçirdikləri oyunu şərh edib.
	Matc.az xəbər verir ki, o, 1:1 hesabıyla bitən matçdan sonra təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:
	"çətin oyun oldu. Yaxşı komandaya qarşı oynadıq. Qələbə üçün meydana çıxmışdıq. Oyunun gedişatı onu göstərirdi ki, hər iki komanda fərqlənə bilərdi. Yekunda 1 xal qazandıq. Futbolçulara təşəkkür edirəm. Yaxşı mübarizə apardılar, xarakter göstərdilər".
				
         	
                                             
               
 
             
 















