"Trabzonspor" klubunun bir futbolçusu koronavirusa yoluxub. Matc.az xəbər verir ki, bu barədə klub saytı məlumat yayıb.

Bildirilir ki, adı açıqlanmayan oyunçu dərhal karantinə alınıb və müalicəsinə başlanılıb. Komandanın məşqçilər heyəti və digər üzvlərinin test nəticələrinin mənfi olduğu vurğulanıb.

Qeyd edək ki, "Trabzonspor" Super Liqanın V turu çərçivəsində "Başakşəhər"lə qarşılaşacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest