O, 2005-2006, 2007-2008 və 2014-2017-ci illər mövsümündə də "Volero"nun şərəfini qoruyub. Klub hücumçu sarıdan problemlə üzləşdiyindən yığmamızın sabiq üzvü ilə anlaşıb.

Azərbaycan yığmasının voleybolçusu Natalya Məmmədova karyerasını İsveçrədə davam etdirəcək. Matc.az xəbər verir ki, 35 yaşlı idmançı 3 illik fasilədən sonra yenidən "Volero"nun formasını geyinəcək.

O, 2005-2006, 2007-2008 və 2014-2017-ci illər mövsümündə də "Volero"nun şərəfini qoruyub.  Klub hücumçu sarıdan problemlə üzləşdiyindən yığmamızın sabiq üzvü ilə anlaşıb.

Məmmədova son mövsümdə  İndoneziyada, həmyerlimiz Ziya Rəcəbovun baş məşqçisi olduğu "Cakarta" klubunda çıxış edirdi.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest