"Bavariya" UEFA Super Kuboku çərçivəsində "Sevilya"ya 2:1 hesabı ilə qalib gəlib.
 
Matc.az xəbər verir ki, bu, Münhen klubunun bütün turnirlərdə ardıcıl 23-cü qələbəsi olub.
 
Bu göstəricidə almanlar yeni rekorda imza atıblar. Belə ki, "Bavariya" "böyük beşlik" çempionatları arasında bu göstəriciyə çatan ilk komanda olub.
 
"Bavariya" sonuncu dəfə fevral ayında – Bundesliqada keçirilən "Leyptsiq"lə oyunda xal itirib – 0:0.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest