İngiltərənin "Mançester Siti" klubu qapıçısı Ariyanet Muriçi icarəyə verib.
 
Matc.az xəbər verir ki, 21 yaşlı qapıçı 2020/21 mövsümünü İspaniyanın "Jirona" klubunda keçirəcək.
 
Bu barədə Sequnda təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
 
İsveçrədə anadan olan, Monteneqronun U-21 yığmasında oynamış, hazırda isə Kosovo milli komandasının formasını geyinən Muriç, ötən mövsümü icarə əsasında "Nottingem Forest"də keçirib.
 
"Jirona" "Mançester Siti"nin 18 yaşlı ispan hücumçusu Pablo Morenonu da icarəyə götürüb. "Barselona" və "Yuventus"un futbol akademiyalarında oynamış futbolçu İngiltərə klubuna məhz bu yay transfer olunub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest