Portuqaliya çempionatında VII turun oyunları keçirilib. Matç.az saytı xəbər verir ki, Azərbaycan çempionu "Qarabağ"ın Avropa Liqasındakı rəqibi "Sportinq" səfərdə "Portimonense" ilə qarşılaşıb.

Turun son matçı meydan sahiblərinin qələbəsi ilə başa çatıb – 4:2. "Sportinq" isə səfərdən xalsız dönüb.

Qeyd edək ki, 7 turdan sonra hesabında 13 xal olan "Sportinq" 5-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest