Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA Çempionlar Liqasının oyununa təyinat alıb. 
 
Matc.az xəbər verir ki, o, I təsnifat mərhələsində keçiriləcək "Dinamo" (Tbilisi, Gürcüstan) - "Tirana" (Albaniya) qarşılaşmasında iş başında olacaq. Xudiyev Estoniyadan olan hakimlər briqadasının fəaliyyətinə qiymət verəcək.
 
Qeyd edək ki, görüş avqustun 18-də Tbilisidə gerçəkləşəcək. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest