"Rubin"in sabiq futbolçusu Vadim Popovun ailəsində faciə baş verib. Matç.az xəbər verir ki,  bu barədə məlumatı "Yenisey" klubu tvitter səhifəsi vasitəsilə yayıb.

Bildirilir ki, tanınmış müdafiəçinin evi yanıb və həyat yoldaşı həlak olub. Popovun bütün sənədləri də evlə birlikdə yanaraq kül olub. Sabiq oyunçu özü yanğının içindən sağ çıxmağa müvəffəq olsa da, bədənində müxtəlif yanıqlar olub. "Yenisey" klubu isə ona yardım çağırışı edib və bacısının bank hesabını yayıb.

Qeyd edək ki, Vadim Popovun futbolçu karyerası 1976-1998-ci illəri əhatə edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest