Luka Yoviç "Real"dan ayrılmaq istəmir. Matc.az xarici mətbuata istinadən xəbər verir ki, serbiyalı futbolçu baş məşqçi Zinəddin Zidandan bir şans daha istəyib.

Məlumata görə, hazırda zədəli olan hücumçu satılmaq istəməsindən narazıdır. O, komandada qalmaq istəyir. Futbolçu ilə daha öncə "Milan"ın maraqlandığı iddia edilirdi. Ancaq Yoviç özünə gələn təklifləri qəbul etməyəcəyini bildirib.

Qeyd edək ki, 22 yaşlı hücumçu karantin qaydalarına pozaraq ölkəsinə yollanıb. Bundan sonra Yoviçin komandadan göndəriləcəyi söylənilir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest