Apreldə klubun hazırkı sahibi Mayk Eşli Premyer Liqa klubunu şahzadə Məhəmməd bin Salmanın rəhbərlik etdiyi Səudiyyə Dövlət İnvestisiya Fonduna satılması ilə bağlı razılaşma əldə edib.

İngiltərə Premyer Liqası "Nyukasl"ın Səudiyyə Ərəbistanından olan investorlara 300 milyon funt sterlinqə satılmasını təsdiqləyib. Matc.az xəbər verir ki, bu barədə "Mirror" nəşri məlumat yayıb.

Apreldə klubun hazırkı sahibi Mayk Eşli Premyer Liqa klubunu şahzadə Məhəmməd bin Salmanın rəhbərlik etdiyi Səudiyyə Dövlət İnvestisiya Fonduna satılması ilə bağlı razılaşma əldə edib.

Lakin tərəflər arasında hələ də rəsmi anlaşma imzalanmayıb. Buna səbəb kimi Premyer Liqa rəhbərlərinin bütün diqqətlərini koronavirus pandemiyası səbəbindən dayandırılmış mövsümü bərpa etməyə yönləndirməsidir.

Satışla bağlı rəsmi açıqlamanın iyunun 1-də ediləcəyi bildirilib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest