“Milan”nın qapıçısı Canluici Donnarumma gələcək karyerası barədə danışıb. Matc.az xəbər verir ki, o, komandadan ayrılmağı düşünmədiyini bildirib:

“Uşaqlıqdan “Milan” azarkeşiyəm. Həmişə bu komanda üçün ən yaxşısını etməyə çalışmışam. Mövsümün əvvəlində qarşımıza məqsəd qoymuşuq. Onu həyata keçirməyə çalışırıq. Hər zaman inkişaf etmək və mümkün qədər az qol buraxmağı düşünürəm. Ağlımdakı yalnız budur. Təbii ki, rəqib forvardlar da bunun əksini fikirləşir. Bu günə qədər bir çox təhlükəli hücumçuya qarşı oynamışam. Ancaq ən qorxduğum Ronaldodur”.

Qeyd edək ki, İtaliya mətbuatı Donnarummanın gələn mövsüm “İnter”də olacağını yazır.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest