İngiltərə Premyer Liqa klublarının bəziləri futbolçularının məvaciblərini vermək istəmir.
 
Matc.az xarici mətbuata istinadən xəbər verir ki, Premyer Liqa klubları aprelin 3-də keçiriləcək videokonfrans zamanı bu məsələni müzakirə edəcək.
 
İngiltərə Premyer Liqasında mövsüm aprelin 30-dan tez başlamayacaq. Buna görə də, klublar, mart və aprel ayında heç bir gəlirin olmaması səbəbindən futbolçuların bu 2 ay üçün nəzərdə tutulan məvaciblərini vermək istəmir.
 
Premyer Liqa təmsilçiləri ödənişlərin dayandırılmasıyla bağlı futbolçularla razılaşmaq niyyətindədir.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest