PSJ Fransa çempionatının 26-cı turunda “Bordo”nu 4:3 hesabıyla məğlub edib.
 
Matc.az klubun saytına istinadən xəbər verir ki, sözügedən qarşılaşma Paris təmsilçisinin hücumçusu Edinson Kavani üçün əlamətdar olub.
 
Belə ki, görüşdə komandasının ilk qolunu vuran uruqvaylı futbolçu, PSJ-dəki qollarının sayını 200-ə çatdırıb. Kavani bu göstəriciyə 298-ci oyununda çatıb.
 
Kavani bununla da, PSJ tarixində 200 qol həddinə çatan ilk futbolçu olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest