UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlarından sonra həftənin rəmzi komandası məlum olub.
 
Matc.az xəbər verir ki, rəmzi heyətdə öz meydanında “Valensiya”nı məğlub edən (4:1) “Atalanta”dan 4 futbolçu yer alıb. Turnirin son qalibi "Liverpul"dan isə heç kim siyahıda yoxdu.
 
Qapıçı: Peter Qulaçi (“Leyptsiq”);
 
Müdafiəçilər: Renan Lodi, Felipe (“Atletiko”), Konrad Laymer (“Leyptsiq”), Hans Hatebur (“Atalanta”);
 
Yarımmüdafiəçilər: Denis Çerışev (“Valensiya”), Saul Niqes (“Atletiko”), Remo Froyler, Mario Pasaliç, Yosip İliçiç (“Atalanta”);
 
Hücumçu: Erlinq Haland (“Borussiya”).

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest