Bu gün kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında iki matç keçirilib. Matc.az xəbər verir ki, I dövrə çərçivəsində təşkil olunan qarşılaşmalar fərqli məkanlarda baş tutub.
 
Belə ki, öncə Olimpiya İdman Mərkəzində "Sərhədçi" və "Neftçi" üz-üzə gəlib. Bu matç "Neftçi"nin inamlı qələbəsiylə yekunlaşıb.
 
Daha sonra lider "Xilasedici" "Murov"la münasibətlərinə aydınlıq gətirib. FHN-nin İdman-Sağlamlıq Kompleksinin ev sahibliyi etdiyi bu görüşdə isə "Murov" qalib gəlib.
 
Yüksək Liqa
12 fevral
 
"Sərhədçi" - "Neftçi" 0:3 (10:25, 18:25, 18:25)
 
"Xilasedici" - "Murov" 1:3 (20:25, 23:25,25:23,16:25)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest