"Arsenal" "Real Sosyedad"dan yarımmüdafiəçi Martin Zubimendini transfer etdiyini açıqlayıb.
Matc.az xəbər verir ki, bu barədə məlumatı ingilsi klubunun mətbuat xidməti paylaşıb.
Bildirilir ki, 26 yaşlı futbolçu London klubu ilə uzunmüddətli müqavilə imzalayıb.
Daha əvvəl nüfuzlu jurnalist Fabrisio Romano "topçular"ın ispan oyunçunun transferi üçün təxminən 65 milyon avro ödəyəcəyini bildirmişdi. Bu məbləğ bir neçə mərhələdə köçürüləcək.
Qeyd edək ki, ötən mövsüm futbolçu "Real Sosyedad"ın heyətində bütün turnirlərdə keçirdiyi 48 oyunda 2 qol vurub və 2 məhsuldar ötürmə edib. "Transfermarkt" portalı 26 yaşlı yarımmüdafiəçinin dəyərini 60 milyon avro qiymətləndirir.
Zubimendi İspaniya millisində isə 19 oyun keçirib və 2 qol vurub.