06 İyul 2025, 13:02
FUTBOL
"Liverpul" İspaniyada baş verən avtomobil qəzasında komandanın hücumçusu Dioqo Jotanın faciəvi şəkildə həlak olması səbəbindən mövsümöncəsi hazırlıqların başlanmasını təxirə salmaq qərarına gəlib.
Matc.az xəbər verir ki, bu barədə "The Independent" məlumat yayıb.
Bildirilir ki, ilk futbolçular qrupu bazaya cümə günü, iyulun 4-də gəlməli idi və təlim-məşq toplanışına iyulun 8-də start verilməli idi.
Hazırda mersisaydlıların mövsümöncəsi hazırlığının nə vaxt başlayacağı ilə bağlı məlumat yoxdur.