"Bavariya"nın vingeri Camal Musiala bu gün Münhenə qayıtdıqdan dərhal sonra əməliyyat olunacaq.

Matc.az xəbər verir ki, bu barədə məlumatı "Sky Sport Germany" paylaşıb.

Musiala klublararası dünya çempionatının 1/4 finalında PSJ ilə görüşdə (0:2) ciddi zədə alıb. Birinci hissənin sonunda rəqib qapıçı Canluici Donnarumma ilə toqquşan Camalın ayağı sınıb.

Bildirilir ki, 22 yaşlı futbolçu 4-5 ay yaşıl meydanlardan kənarda qala bilər.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest