Bu gün kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti görüşlər keçirilib. Matc.az xəbər verir ki, I dövrə çərçivəsində keçirilən oyunlar FHN-nin İdman-Sağlamlıq Kompleksində baş tutub.
 
öncə meydan "Neftçi" və MOİK klublarının ixtiyarına verilib. "Neftçi" bu görüşdən qalib ayrılıb. Ardınca "Xilasedici" "Sərhədçi"ni sınağa çəkib və quru hesabla qalib gəlib.
 
Yüksək Liqada növbəti görüşlər dörd gün sonra, fevralın 12-də "Sərhədçi" baş tutacaq. Olimpiya İdman Mərkəzində "Sərhədçi" və "Neftçi" üz-üzə gələcək. Bu matçdan sonra isə "Xilasedici" və "Murov" münasibətinə aydınlıq gətirəcək. Oyuna FHN-nin İdman-Sağlamlıq Kompleksi ev sahibliyi edəcək. İlk matç saat 14:00-da, ikinci görüş 2 saat sonra start götürəcək.
 
Neftçi - MOİK 3:1 (25:22, 25:19, 21:25, 25:13)
 
Xilasedici - Sərhədçi 3:0 (25:16, 25:17, 25:10)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest