Beynəlxalq Voleybol Federasiyası (FİVB) milli komandaların reytinq siyahısı açıqlayıb. Azərbaycan yığmaları da bu siyahıda yer alıb

Beynəlxalq Voleybol Federasiyası (FİVB) milli komandaların reytinq siyahısı açıqlayıb. Matc.az xəbər verir ki, Azərbaycan yığmaları da bu siyahıda yer alıb.
 
Qadınlardan ibarət millimiz dünyanın 22-ci komandası olaraq ötənilki mövqeyini qoruyub. Yığmamızın hesabında 33 xal var.
 
çin millisi 320 xalla siyahıya başçılıq edir. ABŞ 266 xalla 2-ci, Serbiya 252 xalla 3-cüdü.
 
Kişilərdən ibarət Azərbaycan yığmasının isə cəmi 7 xalı var. Komandamız dünyada 65-cidi. Voleybolçularımız ötənilki mövqeyini qoruya bilib.
 
Cədvəlin ilk üç pilləsində Braziliya (335), ABŞ (280) və Polşa (272) qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest