Bu gün qadın voleybolçular arasında Azərbaycan I liqasına start verilib.
 
Matc.az xəbər verir ki, Azərbaycan Voleybol Federasiyasının təşkilatçılığı ilə qurumun idman zalında keçirən birincilikdə 9 klub mübarizəyə qoşulub.
 
Mükafatlar uğrunda birinciliyin açılış matçında "Azərreyl-2" və "Abşeron" klubları üz-üzə gəlib. "Abşeron" asan qələbəyə sevinib. Ardınca "Aura" "Azəri"yə, "Azərreyl-1" "Sərhədçi"yə, "Baku Flames" "Loqist" MMG-yə uduzub.
 
1 fevral
 
"Abşeron" - "Azərreyl-2" – 3:0 (25:9, 25:8, 25:9)
"Aura" – "Azəri" - 0:3 (13:25, 14:25, 18:25)
"Azərreyl-1" – "Sərhədçi" - 0:3 (18:25, 25:27, 18:25)
"Loqist" MMG – "Baku Flames" - 3:0 (25:13, 25:11, 25:20)
 
Qeyd edək ki, I liqa 1 dövrədən ibarət olacaq. Ardınca pley-off mərhələsi keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest