"Vitess" klubunun baş məşqçisi Leonid Slutski istefa verib. Matc.az xəbər verir ki, rusiyalı mütəxəssis Hollandiya çempionatının XV turu çərçivəsində "Herenven"lə səfər oyunundakı 2:3 hesablı məğlubiyyətdən sonra postundan ayrıldığını açıqlayıb.

Halbuki, komandası bu oyunun gedişində 2:0 öndə olub. Bu, "Vitess"in ardıcıl beşinci məğlubiyyəti olub. Komanda cari mövsümdə 23 xal toplayıb və 7-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, Slutski "Vitess"i 2018-ci ilin yayından çalışdırırdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest