"Zirə"nin "Neftçi" ilə səfər oyunlarındakı məğlubiyyətsizlik seriyası 7-yə çatıb. Matç.az klubun feysbuk səhifəsinə istinadən məlumatına görə, bu, Topaz Premyer Liqasının XI turunda rəsmiləşib.

Rəqib meydanından 1 xalla ayrılan "Zirə" uğurlu seriyanı məhsuldar heç-heçə ilə davam etdirib – 2:2. "Neftçi" ilə Premyer Liqada indiyədək keçirilən səfər oyunlarında heç vaxt uduzmayan komanda rəqib meydanında 3 qələbə qazanıb, 4 dəfə sülhlə kifayətlənib.

İlk dəfə 2015/16 mövsümündə üz-üzə gələn komandaların həmin çempionatdakı qarşılaşmalarında qalib müəyyənləşməyib – 1:1, 0:0. Növbəti mövsümdə "Zirə" səfərdə xal itkisi ilə üzləşməyib – 1:0, 2:1. ötən çempionatda da komanda hər iki görüşdə qol sevinci yaşamağa nail olub – 2:1, 1:1.

7-ci dəfə səfərdən xalla dönən qəsəbə təmsilçisi ardıcıl 5-ci dəfə meydanı qolsuz tərk etməyib. ümumilikdə isə yalnız bir qolsuz heç-heçə edən "Zirə" rəqib meydanındakı 7 matçdan 6-da fərqlənə bilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest