"Çelsi"nin hücumameyilli yarımmüdafiəçisi Estevao Villian "Vest Hem"lə oyunda tarixi nailiyyətə imza atıb.

Matc.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Bildirilir ki, cinah hücumçusu 18 yaş 120 günlüyündə klub tarixinin ən gənc qol ötürməsi verən futbolçusu olub. Əvvəlki rekord Kallum Hudson-Odoiyə məxsus idi - 18 il 146 günlüyündə.

Qeyd edək ki, Estevao "Çelsi"yə bu yay "Palmeyras"dan 34 milyon avroya keçib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest