23 Avqust 2025, 13:30
FUTBOL
"Vilyarreal"ın yarımmüdafiəçisi Etta Eyonq "Everton"a keçə bilər.
Matc.az xəbər verir ki, bu barədə "Football Espana" məlumat paylaşıb.
Bildirilir ki, ingilis klubu sentyabrın 1-dək 21 yaşlı kamerunlu ilə müqaviləni bağlamaq niyyətindədirlər. İspanlar yarımmüdafiəçi ilə ayrılmaq istəmir, lakin o, kifayət qədər oyun vaxtı ala bilməyədiyindən klubdan getmək istəyir.
Qeyd edək ki, ötən mövsüm Eyon1 35 matçda 20 qol vurub və 6 məhsuldar ötürmə edib.