Topaz Premyer Liqasının X turu aşağı məhsuldarlıqla diqqət çəkib. Matç.az-ın PFL-in rəsmi saytına istinadən məlumatına görə, turun 4 qarşılaşmasında cəmi 6 qol vurulub.

Bunun yarısı "Qəbələ" – "Sabah" görüşünə təsadüf edib – 2:1. "Qarabağ" – "Sumqayıt" oyununda (2:0) iki, "Keşlə" – "Neftçi" matçında (0:1) bir qol qeydə alınıb. "Zirə" – "Səbail" qarşılaşması isə 0:0 hesabı ilə nəticələnib. Turun orta məhsuldarlığı 1,5-ə bərabər olub. Bu, cari mövsümün iki ən aşağı göstəricisindən biridi. Belə ki, sentyabrın 14-16-da keçirilən IV turda məhsuldarlıq daha aşağı olub.

Bir oyununun nəticəsi ləğv olunan və texniki nəticəylə yekunlaşan turun digər 3 qarşılaşmasında cəmi 4 top qeydə alınıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest