Rusiyanın "Sport express" nəşri Moskva "Dinamo"sunun "Tambov"la səfər oyunundan (2:0) yazı hazırlayıb. Rusiyalı həmkarlarımız paytaxt təmsilçisinin azərbaycanlı hücumçusu Ramil Şeydayevin ehtiyatda qalmasını da şərh ediblər

Rusiyanın "Sport express" nəşri Moskva "Dinamo"sunun "Tambov"la səfər oyunundan (2:0) yazə hazırlayıb. Matc.az xəbər verir ki, rusiyalı həmkarlarımız paytaxt təmsilçisinin azərbaycanlı hücumçusu Ramil Şeydayevin ehtiyatda qalmasını da şərh ediblər:
 
"Spartak", "Zenit" və "Lokomotiv"lə çətin oyunlardan sonra nəhayət, "Dinamo" dörd autsayder - "Tambov", "Krılya Sovetov", "Ufa" və "Soçi" ilə üz-üzəydi. Amma indiki durumuna görə Moskva təmsilçisinin özünü də favorit adlandırmaq olmur. çünki komandada yenilər həddən artıq çoxdu. Əvvəlki turlarda ilk dəqiqələrdən 9 (!) yeni futbolçu meydana buraxılıb. Hansı ki, onlar ötən mövsüm heç bu komandada deyildilər. "Köhnə"lərdən yalnız mərkəz müdafiəçilərini qeyd etmək olar. Amma bütün bunlara baxmayaraq, bu komandadanın Saranskda səhv etmək haqqı yox idi. Əks halda "Dinamo" autsayderlər qrupuna yuvarlanacaqdı və oradan çıxmaq da çox vaxt çətin olur. Halbuki, klub rəhbərliyi bu yay transferlərə çox ciddi – 30 milyon avrodan çox pul xərcləyib və hədəf də ən azı avrokuboklara vəsiqə qazanmaqdı.
 
Psixoloji təzyiq altında olan "dinamoçular" Premyer Liqanın ən aşağı büdcəsinə malik "Tambov"la oyunda demək olar ki, bərabər səviyyəli oyun göstərdilər. Bu cür oyunu izləmək nəinki neytral azarkeşlər, hətta bu iki komandanın öz fanatları üçün də çətin idi. Hər şeyi bəzi futbolçuların fərdi ustalığı həll etdi. Maksimilian Filipp cərimə meydançası həndəvərində, təxminən 20 metrlik məsafədən dəqiq zərbə ilə hesabı açdı. 20 milyonluq transfer ikinci oyununda ikinci qolunu vurdu, amma onun fiziki kondisiyaları qətiyyən qaydasında deyil. O, qoldan başqa meydanda demək olar ki, heç bir şeylə yadda qalmadı. 
 
Digər yeni transfer Njidə isə hər şey fərqlidi. O, boş mövqeyə açılır, hücumun kəsərini artırmaq üçün variantlar axtarır. Amma həlledici anda dəqiq oynamır. Kamerunlu hücumçu 3 dəfə Şeliyanın qapısına zərbə endirdi. Ancaq bu zərbələr qapıçı üçün təhlükə yaratmadı. Yeri gəlmişkən, Marsel "Olimpik"indən gələn legioner ən azı qol vəziyyətləri yarada bilir. Bu üzdən də onun Şeydayevin əvəzinə start heyətində meydana çıxmasına haqq qazandırmaq olar. Ramil 6 tur boşuna qaçırdı. Bununla belə "Dinamo"nun hələ də nominal sırf mərkəz hücumçusu yoxdur. Məcburiyyətdən bu mövqedə oynayan Nji, Şeydayev və Qrulevin üstün cəhətləri var. Top- forvardın gəlişi xeyli yubandı. "Transfer pəncərəsi" artıq gələn həftə bağlanır. Odur ki, klub artıq seçim etməlidi".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest