Həm Çex, həm də Koselninin yaşının çoxluğu, eyni zamanda zədəyə meyilli olması üzündən fanatlar komandanın yeni, dinamik kapitana ehtiyac duyduğu qənaətindədi.

Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ"ın qonağı olacaq "Arsenal" Bakıya kapitansız gəlib. Matç.az saytının Britaniya mətbuatına istinadən məlumatına görə, Loren Koselni və Petr çexin zədə ucbatından oyunu buraxması azarkeşləri hərəkətə gətirib.

London klubunun fanatları yeni kapitanla bağlı rəhbərliyə təzyiq göstərir. Belə ki, "Arsenal" azarkeşləri bugünkü qarşılaşmada meydana çıxacağı təqdirdə kapitanlıq sarğısının müdafiəçi Ektor Bellerinə verilməsini tələb edirlər.
Onlar hətta ispaniyalı müdafiəçinin yavaş-yavaş əsas kapitana çevrilməsini istəyirlər. Həm çex, həm də Koselninin yaşının çoxluğu, eyni zamanda zədəyə meylli olması üzündən fanatlar komandanın yeni, dinamik kapitana ehtiyac duyduğu qənaətindədi.

Qeyd edək ki, "Qarabağ" – "Arsenal" matçı Bakı Olimpiya Stadionunda keçiriləcək.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest